Bank Of Baku

Xarici İşlər Nazirliyi Azərbaycan adları ilə bağlı domenlərin ermənilər tərəfindən alınması ilə bağlı müvafiq addımları nəzərdə keçirir

Xarici İşlər Nazirliyi Azərbaycan adları ilə bağlı domenlərin ermənilər tərəfindən alınması ilə bağlı müvafiq addımları nəzərdə keçirir
# 21 yanvar 2008 11:13 (UTC +04:00)
Azərbaycan adları ilə bağlı domenlərin ermənilər və digər şəxslər tərəfindən alınması ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) araşdırmalar aparıb. APA-nın məlumatına görə, bu məsələdə müəyyən təhlükənin olduğunu bildirən XİN mətbuat katibi Xəzər İbrahim hesab edir ki, bu, yalnız dövlətin aparacağı iş deyil: “Təbii ki, dövlət öz səylərini göstərməlidir və Xarici İşlər Nazirliyi bununla bağlı çox ciddi düşünür. Lakin digər tərəfdən, adi vətəndaşlar da fəal olmalı, domenləri qeydiyyatdan keçirməkdə fəallıq göstərməlidirlər. Azərbaycan vətəndaşları həmin domenləri alsaydılar, dövlətimiz və ümumi işimiz üçün də faydalı olardı”. X. İbrahim XİN-in Azərbaycan adları ilə bağlı domenlərin ermənilər və digərləri tərəfindən alınması ilə bağlı müvafiq addımları nəzərdə keçirdiyini də diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR