Bank Of Baku

“Səidin dəstəsi”nin İran xüsusi xidmət orqanları ilə əlaqəli olması barədə Azərbaycanın təqdim etdiyi faktlara İran hələ münasibət bildirməyib

“Səidin dəstəsi”nin İran xüsusi xidmət orqanları ilə əlaqəli olması barədə Azərbaycanın təqdim etdiyi faktlara İran hələ münasibət bildirməyib
# 21 yanvar 2008 11:30 (UTC +04:00)
Səid Dadaşbəylinin dəstəsinin İranın xüsusi xidmət orqanları ilə əlaqəsinin olması barədə Azərbaycanın İran tərəfinə təqdim etdiyi faktlarla bağlı qarşı tərəf hələ cavab göndərməyib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. X. İbrahim qarşı tərəfdən cavab alındıqdan sonra lazımi addımların atılacağını söyləyib.
Xatırladaq ki, Səid Dadaşbəylinin dəstəsinin İranın xüsusi xidmət orqanları ilə əlaqəsinin olduğu barədə Milli Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamadan sonra İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare XİN-ə dəvət olunmuş, xarici işlər nazirinin müavini Vaqif Sadıxov bunu təsdiq edən faktları diplomata təqdim etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR