Bank Of Baku

BAXCP İdarə Heyəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sonuncu səfərini müzakirə edib

BAXCP İdarə Heyəti ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sonuncu səfərini müzakirə edib
# 21 yanvar 2008 11:38 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri müzakirə edilib. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin hesabatı dinlənilib və müvafiq tapşırıqlar verilib. Həmçinin son vaxtlar qaz sızması ilə bağlı ölüm hallarının artması da toplantıda müzakirə mövzusu olub. Partiyanın İdarə Heyəti hökuməti bu problemə diqqətli yanaşmağa və baş verən hadisələrin səbəbini araşdırmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR