Bank Of Baku

Xəzər İbrahim: “Dövlət sərhədinin pozulmasının qarşısı alınarkən zabitin həlak olması ilə bağlı müraciət edilsə, XİN müvafiq addım ata bilər”

Xəzər İbrahim: “Dövlət sərhədinin pozulmasının qarşısı alınarkən zabitin həlak olması ilə bağlı müraciət edilsə, XİN müvafiq addım ata bilər”
# 21 yanvar 2008 11:41 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin pozulmasının qarşısı alınarkən azərbaycanlı zabitin həlak olması ilə bağlı müraciət etsə, Xarici İşlər Nazirliyi (XİN) müvafiq addım ata bilər. APA-nın məlumatına görə, bunu XİN mətbuat katibi Xəzər İbrahim yanvarın 21-də keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, yanvarın 17-də Azərbaycanın Yardımlı rayonunun Zevin kəndi ərazisindəki sərhəd zastavasının xidmət sahəsində silahlı qrupun İrandan Azərbaycana qeyri-qanuni yolla keçməsinin qarşısı alınıb. Sərhəd pozucuları Azərbaycan sərhədçilərinə silahlı müqavimət göstəriblər. Nəticədə ağır yaralanan DSX-nin hərbi qulluqçusu, 1976-cı il təvəllüdlü leytenant Qorxmaz Adıgözəl oğlu Həşimov həlak olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR