Bank Of Baku

Rene van der Linden AŞ PA prezidenti postunda sonuncu mətbuat konfransını keçirib

Rene van der Linden AŞ PA prezidenti postunda sonuncu mətbuat konfransını keçirib
# 21 yanvar 2008 11:54 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, qurumun rəhbəri kimi sonuncu mətbuat konfransı keçirdiyini deyən Rene van der Linden üç illik prezidentliyi ərzində gördüyü işlər barədə danışıb. O, işlərin, əsasən üç prioritet - dinlər və mədəniyyətlərarası dialoq, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və Rusiya ilə münasibətlərin daha da gücləndirilməsi üzərində qurulduğunu söyləyib. AŞ PA prezidenti ümumi olaraq üzv ölkələrdəki demokratik proseslərdən danışaraq, bütün ölkələrdə tarix və mentalitet baxımından demokratik proseslərin eyni dərəcədə getmədiyini vurğulayıb: “Məsələn, biz Hollandiyada buna 200 il ərzində nail olmuşuq, buna görə də hesab edirəm ki, hansısa ölkənin ünvanına tənqid irəli sürdükdə çox ehtiyatlı olmalıyıq”.
AŞ-Rusiya münasibətlərinə də toxunan Rene van der Linden bu ölkə ilə də, əsasən üç istiqamətdə iş apardıqlarını bildirib: “Birincisi, Avropa Konvensiyasının ölüm hökmünə qarşı olan 6-cı Protokolunun, ikincisi, Məhkəmə islahatları ilə bağlı 14-cü Protokolunun Rusiya Duması tərəfindən ratifikasiya edilməsini və nəhayət, Rusiyadakı demokratik inkişafa, müxalifətin roluna və mətbuatın bərabərliyinə dair görülən işləri qeyd etmək olar. Ümumiyyətlə, bildirməliyəm ki, Avropanın tam stabilliyi üçün Avropa Şurası, Avropa İttifaqı və Rusiya arasında münasibətlərə önəm verilməlidir”. Rene van der Linden üç il ərzində gördüyü işlərə dair kitab da tərtib etdirdiyini söyləyib. Bu gün təqdimatı keçiriləcək kitabda mandatının nəticələrinə dair Rene van der Lindenin fikir və qeydləri əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR