Bank Of Baku

Beş müxalifət təşkilatının rəhbəri prezident seçkiləri ilə bağlı intensiv görüşlər keçirmək barədə razılığa gəlib

Beş müxalifət təşkilatının rəhbəri prezident seçkiləri ilə bağlı intensiv görüşlər keçirmək barədə razılığa gəlib
# 21 yanvar 2008 13:31 (UTC +04:00)
Beş müxalifət təşkilatının rəhbəri prezident seçkiləri ilə bağlı bundan sonra daha intensiv iclaslar keçirib qərarlar qəbul etmək barədə razılıq əldə ediblər. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, partiya liderləri hər həftə müzakirələr aparmaq niyyətindədir. “Beşlik” formatının hələlik quruma çevrilməsinin nəzərdə tutulmadığını deyən Ə. Orucov birgə fəaliyyətin seçkilərə kimi davam edəcəyini vurğulayıb: “Beş təşkilatdan artıq üçü seçkilərə öz namizədi ilə getmək qərarı verib. Biz də belə qərar verə bilərik. Çünki oradakı partiyalar bir-birinin qarşısında hər hansı öhdəlik götürməyiblər. Seçkilərə kifayət qədər vaxt qaldığından düşünürük ki, bu müddətdə vahid namizəd məsələsində nəyə isə nail olmaq mümkündür. Vahid namizəd məsələsində də kiminsə güzəştə getməsindən yox, rellıqları düzgün qiymətləndirməkdən danışmaq lazımdır”. Ə. Orucov vahid namizədin müəyyənləşməsi ilə bağlı “beşlik”də ilkin seçkilərin keçirilməsi məsələsinin də müzakirə edildiyini vurğulayıb: “Amma bu seçkiləri Azərbaycanda həyata keçirmək çox çətindir. Buna görə də hələlik konkret qərar yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR