Bank Of Baku

Azərbaycan Müsavat Partiyası aksiyaların dövlət müəssisələrindən 300 metr aralıda keçirilməsi ilə bağlı müddəanın əleyhinədir

Azərbaycan Müsavat Partiyası aksiyaların dövlət müəssisələrindən 300 metr aralıda keçirilməsi ilə bağlı müddəanın əleyhinədir
# 21 yanvar 2008 14:46 (UTC +04:00)
Müsavat Partiyası “Sərbəst toplaşmaq azadlığı” haqqında qanundan kütləvi aksiyaların dövlət müəssisələrindən 300 metr aralıda keçirilməsi ilə bağlı müddəanın çıxarılmasını təklif edir. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Avropa Şurası da bu tələbin dəyişdirilməsinə tərəfdardır. Partiya təmsilçisi hazırda parlamentə göndərilmiş qanuna əlavə və dəyişikliklərə demokratik müddəaların daxil edilməsinin vacibliyini qeyd edib: “Eyni zamanda qanuna Bakının bütün rayonlarının mərkəzi küçə və meydanlarında mitinq və yürüşlərin keçirilməsinə təmin edən müddəalar daxil edilməlidir. Biz bir müddət əvvəl şəhər rəhbərliyinə etdiyimiz müraciətdə paytaxtın bütün rayonlarında konkret küçə və meydanlar göstərmişik. Şəhər rəhbərliyinin hətta özünün ayırdığı yerlərdə belə aksiyaların keçirilməsinə icazə verməməsi isə qanunsuzluqdur. Bütün dünyada aksiyalar şəhərin mərkəzi meydanlarında keçirilir”. A. Hacılı Müsavatın bir müddət əvvəl şəhər rəhbərliyinə etdiyi müraciətdə Səməd Vurğun, Sahil bağları, Nərimanov kinoteatrının qarşısı, Füzuli, Gənclik meydanları da daxil olmaqla, ümumilikdə 10 yerin qeyd olunduğunu xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR