Bank Of Baku

Ukrayna parlamentinin deputatı İrina Geraşşenko: “GAUM ölkələrimizi Avropaya yaxınlaşdırır”

Ukrayna parlamentinin deputatı İrina Geraşşenko: “GAUM ölkələrimizi Avropaya yaxınlaşdırır”
# 21 yanvar 2008 14:47 (UTC +04:00)
Ukrayna Ali Radasının növbəti iclasının gündəliyi bəlli deyil. Bunu APA-ya açıqlamasında “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun deputatı, prezident Viktor Yuşşenkonun sabiq mətbuat katibi İrina Geraşşenko deyib. O, GUAM-ın Nizamnaməsinin ratifikasiyası ilə bağlı məsələnin növbəti toplantının gündəminə daxil edilib-edilməyəcəyini bilmədiyini söyləyib: “Mən müxalifət partiyalarının GUAM-a münasibəti barədə bir söz deyə bilmərəm. Amma bizim fraksiyamız Nizamnamənin ratifikasiyasını dəstəkləyir. İqtisadi problemlərin birgə həlli, regionun demokratikləşməsi və GUAM-ın bir çox digər layihələri ölkələrimizi Avropaya yaxınlaşdırır”.
Xatırladaq ki, Ali Radanın yanvarın 18-də keçirilən toplantısı yarımçıq qalıb. Ukraynanın NATO-ya üzvlük üçün fəaliyyət planına qoşulması ilə bağlı alyans rəhbərliyinə göndərilən məktuba parlamentin sədri Arseni Yasenyukun imza atmasına etiraz edən Rusiyapərəst qüvvələr Regionlar Partiyası və Kommunist Partiyasının deputatları yığıncağı pozublar və beləliklə, GUAM-ın Nizamnaməsinin ratifikasiyası məsələsi açıq qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR