Bank Of Baku

Qüdrət Həsənquliyev: “Partiyalar seçkiqabağı fəaliyyətlərini koordinasiya etmək üçün əməkdaşlığa can atmalıdır”

Qüdrət Həsənquliyev: “Partiyalar seçkiqabağı fəaliyyətlərini koordinasiya etmək üçün əməkdaşlığa can atmalıdır”
# 21 yanvar 2008 14:50 (UTC +04:00)
“Prezident seçkisi öncəsi bir sıra məsələdə birgə fəaliyyət göstərməklə bağlı saziş imzalayan 20-yə yaxın müxalifət partiyasının iştirakı ilə məşvərət xarakterli qurumun yaradılması normaldır. Siyasi təşkilatların seçkiöncəsi əməkdaşlığı isə daha məqsədəuyğundur”. Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O bildirib ki, partiyalar seçkiqabağı fəaliyyətlərini koordinasiya etmək üçün əməkdaşlığa can atmalıdır. Q. Həsənquliyev yaradılması məqsədəuyğun hesab edilən məşvərət xarakterli qurumun adının o qədər əhəmiyyət kəsb etmədiyini söyləyib: “Əməkdaşlıq üçün məşvərətə ehtiyac var. Məşvərət üçün isə ad zəruri deyil. Hesab edirəm ki, partiyalar toplanmalı və müəyyən məsələləri koordinasiya etməlidir. Partiyaların çox olması isə müzakirələrdə çətinlik törətsə də, vahid mövqeyə gəlmək üçün səy göstərilməlidir. Fikrimcə, bu əməkdaşlıq gələcəkdə partiyaların birləşməsinə, sonda 3-5 iri partiyanın formalaşmasına gətirib çıxara bilər. Proqramları, nizamnaməsi və məqsədləri eyni olan partiyaların ya bloklarda, ya da bir partiyada birləşməsi mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR