Bank Of Baku

Azərbaycan millət vəkilinin hazırladığı sənəd AŞ PA-da qəbul olunub

Azərbaycan millət vəkilinin hazırladığı sənəd AŞ PA-da qəbul olunub
# 21 yanvar 2008 16:46 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bəyannaməni AŞ PA-nın 30-dan artıq deputatı imzalayıb. Yazılı bəyannamədə 20 Yanvar faciəsinin baş verməsinə səbəb olan hadisələr, azadlıq hərəkatı, 1990-cı ilin 20 Yanvar günündə 26 min sovet qoşununun Bakıya daxil olaraq, günahsız dinc əhaliyə divan tutub qətlə yetirməsi, 133 nəfərin öldürülməsi və 700-ə qədər insanın yaralanması xatırladılıb.
Millət vəkilinin Azərbaycanın tarixi abidlərinin, mədəni irsinin davamlı olaraq, ermənilər tərəfindən dağıdılmasından bəhs edilən ikinci sənədini də AŞ PA-nın 30-a qədər deputatı imzalayıb. Layihədə abidələrin dağıdılmasından narahatlıq ifadə olunub və Assambleya adından Avropa Şurasına üzv ölkələr Azərbaycanın işğal olunan ərazilərində abidələrinin dağıdılmasının qarşısının alınması üçün Ermənistana təcili təsir göstərməyə çağırılıb. Bundan başqa, belə hallara hüquqi və siyasi qiymət verilməsi və 2003-ci ildə qəbul olunmuş 1416 saylı qətnamənin (Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması barədə) yerinə yetirilməsi tələb olunur.
Qətnamə üçün tövsiyə layihəsi olan bu sənəd də baxılması üçün Avropa Şurasının Nazirlər Komitəsinə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR