Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərlə bağlı siyahı geri qaytarılıb

Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərlə bağlı siyahı geri qaytarılıb
# 21 yanvar 2008 19:30 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan haqları komissiyasının hakimliyə namizədlərin seçimi ilə məşğul olan alt komitəsinin bu gün keçiriləbn iclasında Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərlə bağlı məsələyə baxılıb. Bu barədə APA-nın Avropa bürosuna alt komitənin rəhbəri Andrev Drzemjevski məlumat verib. Onun sözlərinə görə, alt komitə siyahının daha da təkmilləşdirilmək üçün Azərbaycana geri qaytarılması barədə qərar qəbul edib. O, alt komitənin bu qərarını siyahının standartlara uyğun gəlməməsi ilə izah edib. A. Drzemjevski deyib ki, prosedura görə, siyahının geri qaytarılması ilə bağlı səbəblər tam təfsilatı ilə Avropa Şurası Parlament Assambleyasının baş katibi Sorinosun Avropa Şurasının baş katibi Terri Devisə göndərdiyi məktubda açıqlanacaq. Artıq bu məktubun hazır olduğunu söyləyən alt komitənin rəhbəri səbəbin tam olaraq sabah baş katib tərəfindən açıqlana bilinəcəyini vurğulayıb. A. Drzemjevski Azərbaycandan tezliklə növbəti siyahını gözlədiklərini də bildirib.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan 3 nəfərin namizədliyi irəli sürülüb: əvvəlki hakim Xanlar Hacıyev, Bakının Əzizbəyov Rayon Məhkəməsinin hakimi Rəşad Həsənov və Nəsimi Rayon Məhkəməsinin hakimi Aygun Abdullayeva.
Onu da xatırladaq ki, şuranın Hüquqi məsələlər və insan haqları komissiyası artıq ikinci dəfədir ki, Azərbaycanın hakimliyə namizədlərlə bağlı siyahısını geri qaytarır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR