Bank Of Baku

Azərbaycanlı deputatlar İslam Konfransı Təşkilatı Parlament İttifaqının toplantısında iştirak edəcək

Azərbaycanlı deputatlar İslam Konfransı Təşkilatı Parlament İttifaqının toplantısında iştirak edəcək
# 22 yanvar 2008 08:59 (UTC +04:00)
Yanvarın 26-dan fevralın 1-dək Misirin paytaxtı Qahirədə İslam Konfransı Təşkilatı Parlament İttifaqının toplantısı keçiriləcək. Tədbirdə Azərbaycanı millət vəkili Gövhər Baxşəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. G. Baxşəliyeva APA-ya açıqlamasında tədbirdə onunla birlikdə deputatlar Xanhüseyn Kazımlı və Sabir Rüstəmxanlının da iştirak edəcəyini deyib. O bildirib ki, toplantıda islamofobiya problemi, Fələstin-İsrail münasibətləri, Pakistanda terrorçuluğa qarşı mübarizə, İraqda, Əfqanıstanda vəziyyət və digər mövzularda müzakirələr aparılacaq. G. Baxşəliyeva Dağlıq Qarabağ probleminə həsr olunmuş məruzə ilə çıxış edəcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR