Bank Of Baku

Dağıstan nümayəndə heyəti Azərbaycanın şimal bölgəsinə səfər edib

Dağıstan nümayəndə heyəti Azərbaycanın şimal bölgəsinə səfər edib
# 22 yanvar 2008 10:58 (UTC +04:00)
Yanvarın 22-də Dağıstan Respublikası Prezident Aparatının ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Artur İsrapilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın şimal bölgəsinə səfəri başlayıb. Qusar Rayon İcra Hakimiyyətindən APA-nın şimal bürosuna bildirilib ki, Dağıstan milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini Zikrulla İlyasov, Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarının İcra Hakimiyyəti başçılarından ibarət nümayəndə heyətinin səfəri beş gün davam edəcək. Qonaqlar səfər çərçivəsində Qusar, Xaçmaz, Zaqatala və Balakən rayonlarında olacaqlar, etnik dağıstanlılarla, yerli rəsmilərlə görüşəcəklər. Dağıstanın nümayəndə heyəti Qusarda Heydər Əliyevin və görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidələri önünə əklil qoyublar, rayonda inşa edilən Olimpiya İdman Kompleksinə baş çəkiblər. Hazırda dağıstanlı qonaqlar rayonda yaşayan ləzgi xalqının nümayəndələri ilə görüşürlər. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da iştirak edir. Günün ikinci yarısında Dağıstan rəsmiləri Xaçmaza gedəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR