Bank Of Baku

İndoneziyanın “The Jakarta Post” qəzetində Azərbaycanla bağlı yazı dərc olunub

İndoneziyanın “The Jakarta Post” qəzetində Azərbaycanla bağlı yazı dərc olunub
# 22 yanvar 2008 11:10 (UTC +04:00)
Azərbaycanın İndoneziyadakı səfirliyi bu ölkədə nəşr olunan “The Jakarta Post” qəzetində Azərbaycan haqqında yazı dərc etdirib. Səfirlikdən APA-ya verilən məlumata görə, yazıda bildirilir ki, zəngin neft ehtiyatlarına, sürətli iqtisadi inkişafına və hərbi gücünün artmasına baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Səfir İbrahim Hacıyev rəsmi Bakının Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi üçün ciddi səy göstərdiyini deyib. Məqalədə İndoneziyanın bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyi və problemin din yolla həllinə tərəfdar olduğu qeyd edilib. Yazıda yaxın vaxtlarda Azərbaycanda İndoneziya səfirliyinin açılmasının planlaşdırıldığı da əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR