Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, general Vəli Kiçik həbs olunub

Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, general Vəli Kiçik həbs olunub
# 22 yanvar 2008 11:47 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu şəxslərin ötən il baş verən bir sıra cinayətlər - erməni dilində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsi, Danıştay adlanan məhkəmə instansiyasının hakimlərinə silahlı hücum, “Cümhuriyyət” qəzetinə bomba atılması, Trabzon və İzmirdə iki kilsə rahibinə sui-qəsdlə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir. Qeyri-leqal radikal millətçi qruplar daxilində fəaliyyət göstərdikləri iddia edilən V. Kiçik və digərləri hazırda Əmniyyət Müdirliyində dindirilir. Hələlik onlara qarşı ittiham irəli sürülüb-sürülmədiyi bəlli deyil. Məsələyə münasibətini açıqlayan Ədalət və İnkişaf Partiyasının (AKP) liderlərindən biri Dengir Mir Mehmet Fırat polisin çox böyük bir əməliyyat həyata keçirdiyini, nəticələri maraqla gözlədiklərini deyib.
Xatırladaq ki, Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü olan V. Kiçik ötən il də polis tərəfindən saxlanılmış, ancaq qısa müddət sonra sərbəst buraxılmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR