Kosovo məsələsinin AŞ PA-da müzakirəsi zamanı erməni deputatların bu münaqişəni Dağlıq Qarabağla eyniləşdirmək cəhdinin qarşısı alınıb
Daha sonra müzakirələr başlayıb. Bəzi avropalı deputatlar ümumilikdə BMT-nin bu məsələ üzrə xüsusi nümayəndəsi Marti Axtisaarinin layihəsinin region və ümumilikdə Avropa üçün yeganə həll variantı olduğunu bildiriblər. Rusiyalı parlamentar Konstantin Kosaçov isə R. Constonun rəsmi Moskvanın ünvanına səsləndirdiyi tənqidlərə etiraz edib, Rusiyanın ayıya bənzədilməsini hörmətsizlik kimi qiymətləndirib. Daha sonra erməni deputat Ovanesyan söz alaraq Kosovo ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralel aparmağa və oxşarlıqlar tapmağa cəhd göstərib. İsveçrəli parlamentar Dik Marti isə Kosovo məsələsinin presedent ola biləcəyini istisna etməyib. Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropada uzun illərdir, davam edən bu problemin yaxın zamanlarda həllini tapacağına ümidvar olduğunu bildirməklə yanaşı, bəzi ölkələrin və güclərin Kosovo münaqişəsindən öz maraqları üçün istifadə etməyə çalışmasından narahatlığını dilə gətirib. Erməni həmkarlarının və Ermənistan rəsmilərinin Kosovo münaqişəsinin tənzimlənməsi modelinin MDB ölkələrindəki münaqişələrin tənzimlənməsində presedentə çevriləcəyi ilə bağlı açıqlamalarının təəssüf doğurduğunu qeyd edən millət vəkili bu cür fikirlərin çaşqınlıq yaratdığını söyləyib: “Bu cür fikirlər eyni zamanda Dağlıq Qarabağ problemi ətrafında Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına ciddi zərbə vurur. İlk növbədə erməni həmkarlarıma və assambleyanın üzvlərinə çatdırmaq istəyirəm ki, Kosovo problemi ilə MDB məkanındakı münaqişələr arasında oxşarlıqlar yoxdur. Bunlar kökünə, tarixinə, səbəblərinə və s. görə tam fərqli münaqişələrdir. Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi, BMT rəsmiləri və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu dəfələrlə bəyan ediblər. Elə ötən gün AŞ PA-nın yeni prezidenti cənab De Puç da keçirdiyi mətbuat konfransında eyni fikirləri səsləndirib”. Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi nəticəsində yarandığını diqqətə çatdıran millət vəkili Ermənistanın təkcə Dağlıq Qarabağı deyil, Azərbaycanın daha 7 böyük bölgəsini də işğal altında saxladığını vurğulayıb. O, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti apardığını, bu gün orada bir azərbaycanlının belə yaşamadığını AŞ PA üzvlərinin diqqətinə çatdırıb: “Bu məsələlər BMT qətnamələri ilə yanaşı, AŞ PA-nın 1416 saylı qətnaməsində də aydın göstərilib. Mən çox faktlar sadalaya bilərəm, amma məncə təkcə bunlar ermənistanlı həmkarlarım üçün Kosovo və Dağlıq Qarabağın çox fərqli münaqişələr olduğunu göstərmək üçün yetərlidir. Uzun illərdir, davam edən Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri Cənubi Qafqaz kimi çox vacib bir bölgədə sabitlik və təhlükəsizliyin yaranmasına ən böyük əngəldir. Münaqişələrin həlli hamımız üçün vacibdir. Çox təəssüf ki, Ermənistan münaqişənin həlli istiqamətində BMT və AŞ PA qətnamələrini yerinə yetirmir, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir. Üstəlik Ermənistan rəsmiləri vəziyyətin gərginləşməsinə xidmət edən bu cür açıqlamalar verirlər. Biz Avropa Şurası və Parlament Assambleyası rəhbərliyindən xahiş edirik ki, Kosovo münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrdən bəzi ölkələrin nümayəndə heyətlərinin siyasi maraqları üçün istifadə etməsi hallarına qarşı sərt münasibətini bildirsin. Ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq Azərbaycan indiyədək münaqişənin həlli istiqamətində danışıqlar prosesinə, sülh danışıqlarına üstünlük verir. Bu cür xoş niyyətin qarşısında Ermənistan siyasətçilərinin bu cür açıqlamaları münaqişənin sülh yolu ilə həll olunmasını tövsiyə edən Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatları da narahat etməlidir”.
Azərbaycanın AŞ PA-dakı digər təmsilçisi Gültəkin Hacıyeva isə Kosovonun gələcək statusu ilə bağlı müzakirələrdə ehtiyatlı olmağa çağırıb. Mövcud münaqişələr arasında paralellər axtarmağın mümkünlüyünü qeyd edən millət vəkili bununla belə, hər bir münaqişənin mənşə və təbiətinə görə unikal olduğunu vurğulayıb. G. Hacıyeva erməni deputatlarını Kosovo ilə Dağlıq Qarabağ arasında oxşarlıqlar axtarmaqdan, avropalı deputatları yanlış istiqamətə yönəltməkdən çəkinməyə çağırıb.
Müzakirələr davam edir. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb