Bank Of Baku

Azərbaycan prezidenti Davos forumunda bir sıra ikitərəfli görüşlər keçirəcək

Azərbaycan prezidenti Davos forumunda bir sıra ikitərəfli görüşlər keçirəcək
# 22 yanvar 2008 13:18 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident yanvarın 23-də enerji təhlükəsizliyi və Avropa üçün alternativ enerji mənbələrindən biri kimi Azərbaycan rolu mövzusunda çıxış edəcək. Onun enerji və texnoloji innovasiyalarla bağlı diskussiyalara qatılacağı da gözlənilir. İ. Əliyevin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 15 ikitərəfli görüşü nəzərdə tutulub. Ukrayna prezidentinin katibliyi Davosda Viktor Yuşşenko ilə İlham Əliyev arasında görüş keçiriləcəyi, görüşdə enerji məsələləri, o cümlədən may ayında Kiyevdə keçiriləcək enerji forumu ilə bağlı müzakirə aparılacağı haqda xəbər yayıb. Azərbaycan prezidenti yanvarın 25-də səfərini tamamlayaraq vətənə dönəcək.
Qeyd edək ki, Davos İqtisadi Forumu 1971-ci ildən etibarən hər il keçirilir. Bu il forumun əsas mövzusu “İnnovasiyalar sahəsində əməkdaşlığın gücü”dür. Forumda prezidentlər, baş nazirlər, bütün beynəlxalq iqtisadi qurumların rəhbərləri, Avropa Komissiyasının nümayəndələri, tanınmış iş adamları iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR