Bank Of Baku

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə oluna bilər

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələ müzakirə oluna bilər
# 22 yanvar 2008 13:28 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA-nın qış sessiyasının gündəmində Gürcüstanla bağlı məsələ olduğundan Monitorinq Komitəsinin yığıncağı əsasən bu ölkənin öhdəlikləri ilə bağlı vəziyyətin müzakirəsinə həsr olunub. Yanvarın 24-də MK-nin daha bir toplantısı keçiriləcək. Bu toplantıda bir sıra ölkələr, o cümlədən Azərbaycanla bağlı müzakirə aparılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın bəzi hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları AŞ PA Monitorinq Komitəsinə Azərbaycanda siyasi məhbus probleminin olduğuna dair müraciətlər göndəriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR