Bank Of Baku

“Qafqaz təhlükəsizliyi: bu, enerji təhlükəsizliyidirmi?” mövzusunda dəyirmi masa keçirilib

“Qafqaz təhlükəsizliyi: bu, enerji təhlükəsizliyidirmi?” mövzusunda dəyirmi masa keçirilib
# 22 yanvar 2008 13:33 (UTC +04:00)
Sülh və Münaqişələrin Həlli Mərkəzi “Qafqaz təhlükəsizliyi: bu, enerji təhlükəsizliyidirmi?” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə qurumun rəhbəri Elxan Mehdiyev son dövrlər enerji təhlükəsizliyi probleminin dünyanın gündəminə gəldiyini, bununla bağlı Cənubi Qafqaz regionunda iri layihələrin həyata keçirildiyini bildirib. Dəyirmi masada iştirak edən İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov enerji təhlükəsizliyi probleminin ötən əsrin 70-ci illərinin ortalarından aktuallaşdığını və bu problemin həlli üçün idxalatçı və ixracatçı ölkələrin 7 üsuldan istifadə etdiklərini deyib. Onun fikrincə, enerji təhlükəsizliyinin təmin olunmasını heç bir dövlət təkbaşına həyata keçirə bilməz. Cənubi Qafqaz regionunda Azərbaycanın ixracatçı ölkəyə çevrildiyini bildirən ekspert Azərbaycanda bölgənin neft-qaz ehtiyatının 15 faizinin cəmləşdiyini vurğulayıb: “Amma alternativ enerji mənbələri tapılmasa, yeni yataqlar kəşf edilməsə, Azərbaycan 2020-ci ildən neft idxalçısına çevriləcək. Ona görə də hazırda alternativ enerji mənbələrindən istifadə olunmaqla elektrik stansiyalarının tikilməsi planlaşdırılır”. Tədbirdə politoloq Rasim Musabəyov və digər şəxslər də çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR