Bank Of Baku

Dağıstanının Prezident Aparatının şöbəsinin müdiri: “Azərbaycanın şimalında yaşayan etnik dağıstanlıların milli sahədə heç bir problemi yoxdur”

Dağıstanının Prezident Aparatının şöbəsinin müdiri: “Azərbaycanın şimalında yaşayan etnik dağıstanlıların milli sahədə heç bir problemi yoxdur”
# 22 yanvar 2008 14:02 (UTC +04:00)
“Azərbaycanın şimalında yaşayan etnik dağıstanlıların milli sahədə heç bir problemi yoxdur”. APA-nın şimal bürosunun məlumatına görə, bunu Azərbaycanın şimal bölgəsində səfərdə olan Dağıstanın nümayəndə heyətinin başçısı, Respublikanın Prezident Aparatının ərazi və idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Artur İsrapilov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, mövcud olan sosial problemlər təkcə bu insanların yox, bütünlükdə Azərbaycanın problemidir. Dağıstanın milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini Zikrulla İlyasov isə Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyini, Azərbaycan-Dağıstan mədəni-iqtisadi əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırda Xaçmazda olan nümayəndə heyəti rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə və ləzgi xalqının nümayəndələri ilə görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR