Bank Of Baku

Əli Əliyev: “Azadlıq” blokunun prezident seçkilərində iştirakla bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır”

Əli Əliyev: “Azadlıq” blokunun prezident seçkilərində iştirakla bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır”
# 22 yanvar 2008 14:05 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda 2007-ci il fəaliyyətinin yekunları və bu ildəki fəaliyyət istiqamətləri müzakirə edilib. Həmçinin partiyadaxili müzakirələr nəticəsində Sədrlər Şurasının növbəti iclasına builki fəaliyyət istiqamətləri ilə bağlı təkliflər hazırlanması barədə razılığa gəldiklərini deyib. İclasda həmçinin, kütləvi aksiyalarla bağlı partiyadaxili müzakirələrin aparılması barədə qərar verilib. Müxalifət təşkilatları ilə təmasları genişləndirmək də Sədrlər Şurasında müzakirə mövzusu olub: “Prezident seçkilərində iştirakla bağlı blokun mövqeyi qeyri-müəyyən olaraq qalır. Biz demokratik şəraitin yaranması üçün mümkün olan addımları atacağıq. Beynəlxalq təşkilatların da bu prosesdə fəal iştirak etməsinə çalışacağıq. Amma hər hansı dəyişiklik olmasa, seçkidə iştirak etməyəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR