Bank Of Baku

Gürcüstan prezidentliyinə keçmiş azərbaycanlı namizəd yaratdığı siyasi partiyanı qeydiyyatdan keçirməyə hazırlaşır

Gürcüstan prezidentliyinə keçmiş azərbaycanlı namizəd yaratdığı siyasi partiyanı qeydiyyatdan keçirməyə hazırlaşır
# 22 yanvar 2008 14:07 (UTC +04:00)
Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyev yaratdığı siyasi partiyanı qeydiyyatdan keçirməyə hazırlaşır. F. Əliyev APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, hazırda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün tələb olunan min nəfər partiya üzvünün imzası tolanır: “İmzaların toplanmasını bu həftənin sonuna qədər başa çatdırmaq niyyətindəyik. Ya bu həftə, ya da gələn həftə partiyamız qeydiyyatdan keçmiş olacaq”. F. Əliyev partiyaya ad seçməkdə çətinlik çəkdiklərini söyləyib: “Yaratdığımız siyasi qüvvəyə ya Gürcüstan Regionlarının İnkişafı Partiyası, ya da Gürcüstan Vətənpərvərlər Partiyası adı veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR