Bank Of Baku

Qulamrza Təbrizi: “Vəli Kiçik paşanın həbsi türk millətçilərinə qarşı həqarətdir”

Qulamrza Təbrizi: “Vəli Kiçik paşanın həbsi türk millətçilərinə qarşı həqarətdir”
# 22 yanvar 2008 15:14 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü Vəli Kiçik paşanın həbsi türk millətçilərinə qarşı həqarətdir. Ona qarşı səslənən ittihamlar həqiqətə uyğun ola bilməz”. Bu sözləri APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi deyib. O bildirib ki, DAK İdarə Heyətinin üzvü, türk ordusunun istefada olan generalı Vəli Kiçiyin hər hansı terror fəaliyyəti ilə məşğul olması mümkünsüzdür: “O, hər zaman sivil mübarizə metodlarına üstünlük verib. Deyilənlər ədalətli şəkildə araşdırılmalı və cəmiyyətdə Vəli Kiçik barəsində yanlış fikir formalaşdırılmamalıdır”. Q. Təbrizi həbs barədə məlumat aldıqdan sonra V. Kiçiyin ofisi ilə əlaqə saxlamağa çalışdığını söyləyib: “DAK bu məsələyə həm etiraz edir, həm də inanır ki, bütün ittihamlar qondarmadır və ədalət yerini tapacaq”. DAK sədri yaxın günlərdə hər şeyin tam aydınlaşacağına ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR