Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycana səfər edəcək

Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycana səfər edəcək
# 22 yanvar 2008 16:05 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Y. Kubiş bildirib ki, əsas prioritetlərdən biri Avropa İttifaqı ilə əməkdaşlıqdır. AŞ-nin insan haqları sahəsində böyük irəliləyişlərə nail olduğunu qeyd edən Y. Kubiş bu ilin aprelində Nazirlər Komitəsində bu məsələyə dair geniş müzakirələrin aparılacağını söyləyib. O, AŞ NK-nın Cənubi Qafqaz regionundakı vəziyyəti, habelə Ermənistan və Azərbaycanda gedən prosesləri yaxından izlədiyini, bu ölkələrdə, əsasən media azadlığı məsələsinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Biz bu ölkələri Avropa Şurasının standart və prinsiplərini yerinə yetirməyə çağırır, bununla yanaşı, bu ölkələrin məhkəmə sistemlərində aparılan islahatları dəstəkləyirik. Bu il bu ölkələrdə seçkilər keçiriləcək və Avropa Şurası Nümayəndələr Komitəsi artıq Ermənistana dair seçkiqabağı yardım layihəsini qəbul edib. Hazırda Azərbaycan üzrə layihə üzərində iş gedir. Biz AŞ PA-nın bu ölkələrdə keçiriləcək seçkiqabağı missiyalarının fəaliyyətini yaxından izləyəcəyik. 2008-ci ilin birinci rübündə isə mən özüm bu ölkələrə səfər etmək niyyətindəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR