Bank Of Baku

AŞ Nazirlər Komitəsinin sədri Ermənistan və Azərbaycan hakimiyyətlərinin dialoq yolu ilə regiondakı bir çox problemə son qoymasını mümkün hesab edir

AŞ Nazirlər Komitəsinin sədri Ermənistan və Azərbaycan hakimiyyətlərinin dialoq yolu ilə regiondakı bir çox problemə son qoymasını mümkün hesab edir
# 22 yanvar 2008 17:06 (UTC +04:00)
“Dağlıq Qarabağ və Naxçıvanda mədəni irsin qorunması ilə bağlı məsələ bir neçə dəfə Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb”. APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş AŞ Parlament Assambleyasının (PA) qış sessiyasının bu gün keçirilən iclasında erməni deputat Raffi Ovanisyanın sorğusuna cavab olaraq deyib. Bu məsələ ilə bağlı NK-nın və qurumun sədrinin Ermənistan və Azərbaycan hakimiyyətlərinin aralarındakı mübahisələri həll etmək üçün dialoq aparmasının vacibliyinə dair həm yazılı, həm də şifahi bəyanat verdiyini xatırladan Y. Kubiş bununla regionda mövcud olan bir çox problemə son qoymağın mümkünlüyünü vurğulayıb: “Bununla onlar həmçinin regionun inkişafına və mədəni irsin bərpasına yardımçı olarlar. Nazirlər Komitəsi üzv ölkələrə regionda sülh və etibarın əldə olunması üçün bir neçə dəfə yardımını təklif edib. Mədəni irsin qorunmasına gəldikdə, biz bu məsələdə texniki və strateji yardımın göstərilməsinə hazırıq. Bu baxımdan Avropa Şurası baş katibinin 2005-ci il oktyabrında Azərbaycan və Ermənistanın mədəniyyət nazirlərinə qurumun yardım missiyasını qəbul etmək təşəbbüsünü dəstəkləyirik. Biz həmçinin AŞ PA-nın regiona Cənubi Qafqazda mədəni irsin öyrənilməsi məqsədilə tanışlıq xarakterli missiyanın da səfər etməsi təşəbbüsündən xəbərdarıq. Lakin hər bir təşəbbüsün və əməkdaşlığın uğuru Cənubi Qafqaz regionundakı siyasi vəziyyətin yaxşılaşmasından asılıdır. Buna görə də hər iki üzv ölkəyə ümumi yardım çox vacibdir. Çünki bu, tək Avropa mədəni irsinin qorunması deyil, həmçinin iki tərəf arasında konstruktiv dialoqun bərpa olunması baxımından çox vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR