Bank Of Baku

Terri Devis: “Əminəm ki, həm Azərbaycan, həm də Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırışlara böyük imkan var”

Terri Devis: “Əminəm ki, həm Azərbaycan, həm də Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırışlara böyük imkan var”
# 22 yanvar 2008 17:38 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsi üçün Avropa Şurası niyə əlindəki mexanizmlərdən istifadə etmir və bu ölkəyə təzyiq göstərmir, bununla yanaşı, qurum qaçqınların öz yurdlarına qayıtmasına necə yardım edə bilər” sualının cavabında AŞ-nin baş katibi Terri Devis deyib. Vəziyyətin obyektiv işıqlandırılmasının vacibliyini qeyd edən baş katib demokratiya siyasi məktəbi kimi layihələrin bu yöndə çox müsbət rol oynaya biləcəyini vurğulayıb: “Digər ölkənin nöqteyi-nəzərini, digər xalqın hissini anlamaq, düzgün başa düşmək üçün hər cür üsula əla atmaq lazımdır. Bu, çox vacibdir. Biz tez-tez mədəniyyətlərarası dialoqdan, xalqlar arasında qarşılıqlı anlaşmadan danışırıq. Lakin gəlin baxaq görək dialoq nədir? Dialoq cahilliklə mübarizə dəməkdir. Məhz cahillik diskriminasiya, faciə və nifrət kimi anlayışların dəyirmanına su tökmüş olur. Hər iki ölkənin rəhbərləri anlamalıdırlar ki, ən vacib məsələ qarşılıqlı anlaşmadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR