Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident seçkisində “exit-poll” təşkil olunmasını istəyir

Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident seçkisində “exit-poll” təşkil olunmasını istəyir
# 23 yanvar 2008 09:12 (UTC +04:00)
Sonuncu parlament seçkisində keçirilən “exit-poll”a MSK-nın elan etdiyi nəticələrin bir-birinə yaxın olduğunu deyən N. Məmmədov buna görə yenə də bu sistemin tətbiqinə çalışacaqlarını qeyd edib: “Bunun bizim fəaliyyətimizə heç bir maneəsi yoxdur, əksinə, xeyri var”. “Exit-poll”un keçirilməsi qaydalarında hər hansı dəyişikliyin nəzərdə tutulub-tutulmadığına gəldikdə, N. Məmmədov bunu istisna etməyib: “Qəti şəkildə demək olmaz ki, dəyişiklik olmayacaq. Amma prinsipcə “exit-poll”un keçirilib-keçirilməməsinin mahiyyəti üzərində düşünməliyik. Onun hansı qaydada, kim tərəfindən təşkil olunması, kimin müraciət etməsi detallardır”. N. Məmmədovun sözlərinə görə, “exit-poll”u bu sahədə xüsusi ixtisaslaşmış qurumların keçirməsi vacibdir: “Həmin qurumlar nüfuzlu olmalı, tərəflər onun verdiyi rəyi qəbul etməlidir. Dünyada belə tanınmış qurumlar var, özlərini təsdiq ediblər. “Exit-poll”un həmin qurumlar tərəfindən keçirilməsi arzu olunandır ”. N. Məmmədov qeyd edib ki, “exit-poll”un keçirilməsinin MSK ilə heç bir əlaqəsi yoxdur və bunun üçün MSK-ya hər hansı müraciət də nəzərdə tutulmur. Belə ki, əgər yerli təşkilat bunun tətbiq edirsə, ümumiyyətlə hər hansı quruma müraciət etməyə ehtiyac qalmır, xarici təşkilatın “exit-poll” keçirməsi üçün isə müvafiq dövlət qurumlarına müraciət etmək lazım gəlir. MSK katibi prezident seçkisinə xeyli vaxt qaldığından “exit-poll”un hansı təşkilatlar tərəfindən keçiriləcəyi ilə bağlı indidən fikir söyləməyi düzgün saymayıb. N. Məmmədov bu günə qədər məsələ ilə bağlı MSK-ya hər hansı müraciətin edilmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR