Bank Of Baku

İsrail parlamentinin vitse-spikeri: “Yəhudilərə tam sərbəst yaşamaq imkanı yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”

İsrail parlamentinin vitse-spikeri: “Yəhudilərə tam sərbəst yaşamaq imkanı yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”
# 23 yanvar 2008 10:46 (UTC +04:00)
Azərbaycanla İsrail arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən vitse-spiker Bakıda olacağı iki gün ərzində keçirəcəyi görüşlərin bu münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb. O, demək olar ki, hər il Azərbaycana gəldiyini, Bakıda böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. İsraildən Azərbaycanda çoxlu biznesmenin çalışdığını söyləyən vitse-spiker onların iqtisadiyyatın müxtəlif sahələrini təmsil etdiklərini bildirib. Yəhudilərin kompakt yaşadığı Qubaya da bir neçə dəfə səfər etdiyini deyən A. Koen oradakı sinaqoqlara da baş çəkdiyini söyləyib: “Yəhudilərə tam sərbəst yaşamaq və dini ayinləri yerinə yetirmək üçün imkan yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR