Bank Of Baku

NATO PA-nın Azərbaycan paytaxtında keçiriləcək seminarında neft və qaz kəmərlərinin təhlükəsizliyi məsələləri müzakirə olunacaq

NATO PA-nın Azərbaycan paytaxtında keçiriləcək seminarında neft və qaz kəmərlərinin təhlükəsizliyi məsələləri müzakirə olunacaq
# 23 yanvar 2008 12:08 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib. Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, budəfəki seminarda Xəzərin təhlükəsizliyi, dənizin karbohidrogen ehtiyatlarının Avroatlantik məkana nəqli, neft və qaz kəmərlərinin təhlükəsizliyi və digər mövzularda müzakirələr aparılacaq. Z. Əsgərov tədbirdə 80 nəfərlik nümayəndə heyətinin iştirakının gözlənildiyini bildirib: “Seminarda iştirak etmək üçün NATO Parlament Assambleyasının prezidenti Joze Leno Azərbaycana ilk rəsmi səfərə gələcək. Bundan başqa, seminarda iştirak etmək üçün NATO Parlament Assambleyasının baş katibi Devid Hobbs da ölkəmizə gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR