Bank Of Baku

Azərbaycanın şimal bölgəsinə səfər edən Dağıstan nümayəndə heyəti Balakən və Zaqatala rayonlarında olub

Azərbaycanın şimal bölgəsinə səfər edən Dağıstan nümayəndə heyəti Balakən və Zaqatala rayonlarında olub
# 23 yanvar 2008 12:20 (UTC +04:00)
Azərbaycanın şimal bölgəsinə səfər edən Dağıstan nümayəndə heyətinin üzvləri bu gün Balakən rayonunda olublar. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nümayəndə heyəti rayonda yaşayan azsaylı xalqların təmsilçiləri ilə görüşüb, Qabaqçöl qəsəbəsindəki orta məktəbə baş çəkib. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun sədrliyi ilə toplantı keçirilib. Bundan sonra Zaqatalaya gedən qonaqlar rayonda Heydər Əliyev Muzeyi ilə tanış olublar. Nümayəndə heyəti Zaqatalada azsaylı xalqların kompakt yaşadığı Suvagil kəndində sakinlərlə görüşüblər. Kənddə yeni istifadəyə verilmiş Mədəniyyət Evində özfəaliyyət qrupları konsert proqramı ilə çıxış edib. Makov kənd orta məktəbinə də baş çəkən qonaqlar azsaylı xalqlara yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun sədrliyi ilə yığıncaq keçirilib. Qeyd edək ki, Dağıstan Respublikası Prezident Aparatının ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Artur İsrapilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 22-də başlayıb. Nümayəndə heyətinin tərkibinə Dağıstan milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini Zikrulla İlyasov, Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarının İcra Hakimiyyəti başçıları daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR