Bank Of Baku

MSK katibi vətəndaşların seçici siyahılarına münasibətini qənaətbəxş saymır

MSK katibi vətəndaşların seçici siyahılarına münasibətini qənaətbəxş saymır
# 23 yanvar 2008 12:27 (UTC +04:00)
“Azərbaycan seçicilərinin seçkiyə münasibəti qənaətbəxş hesab oluna bilər, amma vətəndaşların seçici siyahılarına münasibəti qənaətbəxş deyil. Bir çox seçici vaxtında siyahılarla maraqlanmır və nəticədə seçki gününə az qalmış adının siyahıda olmadığı üzə çıxır”. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov deyib. O bildirib ki, bəzi vətəndaşlar problemin həlli üçün məntəqə seçki komissiyasına yox, məhkəməyə müraciət etməyi üstün tuur. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin getdiyini söyləyən MSK katibi seçicilərin bu prosesə diqqətli yanaşmasını vacib sayıb. Onun sözlərinə görə, siyahılar fevralın 5-nə kimi məntəqələrdə, aprelin 5-nə kimi DSK-larda, mayın 25-nə kimi isə MSK-da dəqiqləşməlidir. Proses başa çatdıqdan sonra yeni siyahılar hazırlanacaq və məqtəqələrə paylanacaq. Seçki Məcəlləsinə uyğun olaraq prezident seçkilərinə 35 gün qalana kimi siyahılar bir ay müddətində yenidən dəqiqləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR