Bank Of Baku

Sərdar Cəlaloğlu formalaşdırmaq istədiyi hakimiyyət komandasına “Azadlıq” bloku və Müsavat Partiyasının üzvlərini cəlb etmək istəyir

Sərdar Cəlaloğlu formalaşdırmaq istədiyi hakimiyyət komandasına “Azadlıq” bloku və Müsavat Partiyasının üzvlərini cəlb etmək istəyir
# 23 yanvar 2008 12:38 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ətrafında formalaşdırmaq istədiyi hakimiyyət komandası ilə bağlı “Azadlıq” bloku və Müsavat Partiyasının bir sıra üzvləri ilə danışıqlar aparılır. S. Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, həmin şəxslərin komandada təmsil olunması üçün müəyyən əlaqələr olsa da, hələlik konkret nəticə yoxdur. Partiya sədri bu barədə əvvəlcədən fikir söyləmək istəmədiyini vurğulayıb: “ADP öz namizədini rəsmi şəkildə fevralın 16-da Ali Məclisdə açıqlayacaq. Ona görə də bu haqda qərar şəklində indidən danışmaq düzgün deyil, Məclisin qərarını gözləməliyik. Bu məsələlərlə bağlı müzakirələr gedir, konkret detallar barədə vaxtı gələndə məlumat veriləcək”. S. Cəlaloğlunun sözlərinə görə, komanda ilə bağlı ümumi çərçivə ondan ibarətdir ki, burada əvvəlki iqtidarlar dövründə işləmiş, xalq tərəfindən yaxşı tanınan, xalqın mənafeyini müdafiə edən kadrlar, mühacirətdə olanlar, digər siyasi partiyaların funksionerlərindən ibarət komanda yaradılsın: “Komanda ilə bağlı artıq müəyyən şəxslər, adlar da var, danışıqlar gedir. Amma biz gərək ardıcıllığı gözləyək ki, namizəd verilsin, sonra digər məsələlər elan olunsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR