Bank Of Baku

Qəhrəman Ağayev: “Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın adı ilə erməni kilsəsinin fəaliyyət göstərməsi yolverilməzdir”

Qəhrəman Ağayev: “Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın adı ilə erməni kilsəsinin fəaliyyət göstərməsi yolverilməzdir”
# 23 yanvar 2008 12:46 (UTC +04:00)
“Moskva şəhərindəki Mir prospektində, Olimpiya kompleksinin yaxınlığında əzəldən bizim məscidimiz var. Həmin məscidin yanında 1976-cı ildən ermənilərin “Naxçıvan” kilsəsinin tikintisinə başlanıb. Bu günlərdə Moskvada olanda təkrar araşdırmalar apardım, amma bu tikintinin kim tərəfindən aparıldığını öyrənə bilmədim. Rəsmi açılışdan əvvəl biz Naxçıvan adında kilsənin tikintisi ilə bağlı mütləq öz mövqeyimizi bildirməliyik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi Qəhrəman Ağayev deyib. O bildirib ki, Moskvanın mərkəzində tikilən kilsə təxminən 4 hektara yaxın sahəni əhatə edir: “Tikintisi son vaxtlar sürətləndirilən bu kilsənin yaxın vaxtlarda təhvil verilməsi planlaşdırılıb. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın adı ilə erməni kilsəsinin fəaliyyət göstərməsi yolverilməzdir. Biz bu məsələ ilə əlaqədar araşdırmalara başlamışıq. Amma bu məsələyə Azərbaycanın dövlət qurumları və ictimaiyyəti də öz münasibətini bildirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR