Bank Of Baku

Akif Şahbazov: “İndiki münasibətlər səviyyəsində müxalifətin vahid namizədini müəyyənləşdirmək mümkün görünmür”

Akif Şahbazov: “İndiki münasibətlər səviyyəsində müxalifətin vahid namizədini müəyyənləşdirmək mümkün görünmür”
# 23 yanvar 2008 14:16 (UTC +04:00)
“Müxalifətin vahid namizədini müəyyənləşdirmək üçün ilk növbədə müxalifət liderlərinin bir masa ətrafında əyləşməyi bacarmasına nail olmaq lazımdır. Amma indiki münasibətlər səviyyəsində vahid namizədi müəyyənləşdirmək mümkün görünmür”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Vahid namizədin müəyyənləşməsi üçün ilkin seçkilərin keçirilməsini mümkün saymayan A. Şahbazov tərəflərin və cəmiyyətin bu seçkilərə nə qədər etimad göstərib-göstərməməsinin sual altında olduğunu vurğulayıb: “Ona görə də ilkin seçkilərin keçirilməsi obyektivliyi, reallığı əks etdirməyəcək”. Bundan başqa, ilkin seçkilərin keçirilməsi üçün kifayət qədər maliyyə vəsaitinin tələb olunduğunu vurğulayan partiya sədri müxalifətin hazırda belə maliyyə mənbəyinə malik olmadığını da qeyd edib: “İlkin seçkilər yalnız demokratik şərait olan ölkələrdə baş tuta bilər. Ona görə də düşünmürəm ki, müxalifət liderləri arasında seçki keçirib birinci yeri müəyyənləşdirmək mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR