Bank Of Baku

Sabir Rüstəmxanlı: “Türkiyədəki həbslər Türkiyə-Azərbaycan əlaqələrinə və millətçilərə vurulan ciddi zərbədir”

Sabir Rüstəmxanlı: “Türkiyədəki həbslər Türkiyə-Azərbaycan əlaqələrinə və millətçilərə vurulan ciddi zərbədir”
# 23 yanvar 2008 15:06 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, xalq şairi Sabir Rüstəmxanlı Türkiyədə bir sıra tanınmış şəxslərin həbsi ilə bağlı bəyanatla çıxış edib. VHP-dən APA-ya verilən məlumata görə, bəyanatda həbslər Türkiyə-Azərbaycan əlaqələrinə və millətçilərə vurulan ciddi zərbə kimi qiymətləndirilir: “Həbs olunanların bir hissəsini şəxsən tanıdığıma görə, onların Türkiyə dövlətçiliyi üçün təhlükə yarada biləcək hər hansı prosesdə iştiraklarına qətiyyən inanmıram. Əksinə, bu insanlar Türkiyənin dövlət müstəqilliyini təhlükə altına atan, Türkiyəni kənar dövlətlərin və güclərin qarşısında ələbaxan duruma salmaq istəyən təslimçi siyasətin əleyhinə çıxaraq həmişə milli idealların daşıyıcısı kimi tanınıblar. Biz bu hadisəni Türkiyənin indiki iqtidarının öz müxaliflərinə qarşı apardığı qeyri-qanuni mübarizənin bir hissəsi hesab edirik. Türkiyə torpaqlarının yabançılara satılması, özəlləşdirmə adı altında strateji mövqelərin əldən verilməsi, Avropa Birliyinə qoşulmaq adı altında Türkiyənin tarixən türk xalqına düşmən olmuş qüvvələr qarşısında diz çökdürülməsi, ölkənin fantastik borclarla yüklənməsi, türk millətinin mənəvi dəyərlərinə biganəlik, böyük Atatürkün ideallarından uzaqlaşmaq kimi anlaşılmaz siyasət türk mətbuatının gündəmindən düşməyən məsələlərdir. Belə olan halda haqlı tənqidlərdən nəticə çıxarmaq əvəzinə, xalqın haqq səsinin boğulması qardaş dövlətin demokratik imicinə ciddi zərbədir”. S. Rüstəmxanlı bildirib ki, Türkiyədə terrorçulara dəstək verən adamlar Böyük Millət Məclisində oturduğu halda, türk millətçilərinin həbsə atılması Türkiyənin dövlət maraqlarına zərbədən başqa bir şey sayıla bilməz: “İnanmaq istərdik ki, bu həbslər siyasi sifariş deyil və Türkiyənin hüquq-mühafizə orqanları ən qısa müddətdə məsələni ədalətlə araşdıraraq məhkəmə qərarı olmadan həbs edilmiş insanları azadlığa buraxacaq”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bəyanatla çıxış edərək qurumun Türkiyə təmsilçisi Sevgi Erenerol və digərlərinin həbsini pisləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR