Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasportların verilməsi dayandırılıb

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasportların verilməsi dayandırılıb
# 23 yanvar 2008 15:27 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Viza və Qeydiyyat İdarəsinin Azərbaycanın Moskvadakı səfirliyinə müvəqqəti ezam olunmuş əməkdaşı keçən ilin sonunda geri çağırılıb. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, DİN nümayəndəsinin geri çağırılmasının səbəbi Rusiyada yaşayan Azərbaycan vətəndaşlarından daxil olan müraciətlərin azalmasıdır. Səfirlikdən bildiriblər ki, 2007-ci ilin əvvəlindən başlanmış bu proses nəticəsində Rusiyada olan Azərbaycan vətəndaşlarının böyük hissəsi pasportla təmin edilib.
Qeyd edək ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda pasport verilməsi prosesi keçən ilin may-iyun aylarında tamamlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR