Bank Of Baku

Edvard Oharanın iştirakı ilə Strasburqda Azərbaycan və Ermənistan deputatları arasında görüş olub

Edvard Oharanın iştirakı ilə Strasburqda Azərbaycan və Ermənistan deputatları arasında görüş olub
# 23 yanvar 2008 15:50 (UTC +04:00)
Ermənistan nümayəndə heyətinin AŞ PA-dakı katibliyindən APA-nın Avropa bürosuna verilən məlumata görə, görüş Edvard Oharanın rəhbərlik etdiyi missiyanın regiona nəzərdə tutulan səfəri ilə əlaqədar keçirilib. Görüşdə, əsasən səfərin vaxtının dəqiqləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, səfər 2008-ci il ərzində reallaşsın.
S. Seyidov görüş barədə açıqlama verməyərək, AŞ PA-nın sessiyası, eləcə də sessiya çərçivəsində keçirilən görüşlər və baş verən bütün hadisələr barədə yalnız Bakıda keçiriləcək mətbuat konfransında məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, E. Oharanın regiona səfərini AŞ PA-nın Elm, Təhsil və Mədəniyyət Komitəsi hazırlayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR