Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin sədri Azərbaycana səfər edəcək

Avropa İnsan Haqları Məhkəməsinin sədri Azərbaycana səfər edəcək
# 23 yanvar 2008 20:53 (UTC +04:00)
Sabah Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Strasburqa səfəri başlayır. APA-nın Avropa bürosunun əməkdaşının bununla bağlı sualını cavablandıran Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta yanvarın 25-də F. Abdullayevlə görüşəcəklərini deyib. O, aparacaqları danışıqların məzmunu barədə konkret məlumat verməsə də, F. Abdullayevin onu Azərbaycana səfərə dəvət edəcəyini gözlədiyini söyləyib : “ Mən bu dəvəti qəbul edəcəyəm. Çünki Avropa Şurasına üzv ölkələrin hamısında, o cümlədən Azərbaycanda da yüksək hüquqi instasiyalarla, hakimiyyətin icraedici və qanunverici qolları ilə əlaqələri daha da sıxlaşdırmaqda maraqlıyam. Əgər cənab Abdullayev bu dəvəti təsdiqləsə, mən böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyəm ”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR