Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin sədri: “Hakimliyə namizədlərlə bağlı siyahının geri qaytarılması ilə təkcə Azərbaycan üzləşməyib”

Avropa İnsan Haqları Məhkəməsinin sədri: “Hakimliyə namizədlərlə bağlı siyahının geri qaytarılması ilə təkcə Azərbaycan üzləşməyib”
# 23 yanvar 2008 21:29 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi məsələlər və insan haqları komissiyasının hakimliyə namizədlərin seçimi ilə məşğul olan alt komitəsi təkcə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) hakimliyinə namizədlərlə bağlı siyahısını geri qaytarmayıb. APA-nın Avropa bürosunun məlumatına görə, bunu AİHM-in sədri Jan Pol Kosta deyib. Onun sözlərinə görə, hakimlərin seçilməsi ilə məşğul olan alt komitə San-Marino, Lüksemburq və Ukrayna ilə bağlı siyahıları da geri qaytarıb: “Bunun səbəbini söyləmək mənim üçün çətindir. Çünki mən və bizim işçilərimizdən heç kim alt komitənin hakimləri seçməsi prosesində iştirak etmirik. Alt Komitə siyahıları geri qaytarmasının səbəbi ilə bağlı artıq AŞ PA-ya hesabat verib, tezliklə bu hesabat işıq üzü görəcək. Sadəcə, mən bildiyimə görə, alt komitə AŞ PA-nın daha böyük seçimə nail olması üçün çalışır. Belə geniş seçimə nail olmaq üçün isə tək bir namizədin güclü olması azdır. Ən azı iki namizəd arasında seçim aparılması arzuolunandır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR