Bank Of Baku

Azərbaycan Mərkəzi Seçki Komissiyası bülletenlərin zərflərə qoyulmadan səsvermə qutularına atılması təklifi ilə çıxış edib

Azərbaycan Mərkəzi Seçki Komissiyası bülletenlərin zərflərə qoyulmadan səsvermə qutularına atılması təklifi ilə çıxış edib
# 24 yanvar 2008 09:13 (UTC +04:00)
Bu sözləri APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov deyib. MSK katibi bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, yalnız zərflərin içərisində olan bülletenlər etibarlı sayılır, zərflərdən kənarda olan bütün bülletenlər isə etibarsız hesab olunur. N. Məmmədov bildirib ki, səsvermə günü bülletenlərin etibarlılığının qorunması üçün sayılmış bülletenlərin yenidən zərflərə qoyulması zərurəti yaranır. Səslərin təkrar sayılmasına ehtiyac yarandıqda isə, zərflərə qoyulmayan bülletenlər etibarlı hesab olunmur, bu isə problem yaradır: “Buna görə də MSK zərflərin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib. Biz ümid edirik ki, bu məsələyə Milli Məclisdə də baxılacaq və qanunda müəyyən dəyişiklik ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR