Bank Of Baku

Azərbaycan Demokrat Partiyası prezident seçkisində mitinq taktikasından az istifadə edəcək

Azərbaycan Demokrat Partiyası prezident seçkisində mitinq taktikasından az istifadə edəcək
# 24 yanvar 2008 09:24 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası Azərbaycanda mitinq taktikasına daha çox üstünlük verən partiyadır. Amma yeni siyasi kursu qəbul edəndən sonra nəzərdə tutmuşuq ki, bu kursa uyğun olaraq, seçkilərdə daha effektli nəticə əldə etmək üçün iş aparaq. Çünki əvvəllər aparılan mitinq siyasətinin nəticəsi o qədər qənaətbəxş olmayıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hətta seçkinin nəticələrini saxtalaşdırmağı bir tərəfə qoyduqda belə, vətəndaşları seçkiyə cəlb etmək, səslərini almaq baxımından müxalifətin seçki taktikası effektli olmayıb. Buna görə də partiya sədri builki prezident seçkisində mitinq taktikasından daha az istifadə ediləcəyini deyib. O, Azərbaycanda bir o qədər də geniş istifadə olunmayan və başqa demokratik ölkələrdə təcrübədən keçən taktikalardan istifadə etmək fikrində olduqlarını vurğulayıb: “Biz istəyirik ki, seçkidə mümkün qədər nəticə əldə edə bilək. Mitinqlər qüvvə nümayişdir, bu aksiyalara həmişə əhalinin eyni hissəsi çıxır, yeni qüvvələr qoşulmur. Ona görə də elə iş aparmaq lazımdır ki, öz iradəsini açıq şəkildə ifadə etməyən vətəndaşların səsini toplaya bilək. Onlar iqtidara gəlməkdə o qədər maraqlı deyillər və kənarda durublar. Biz onların rəğbətini qazansaq, seçkilərdə böyük üstünlük əldə edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR