Bank Of Baku

Azərbaycanda səfərdə olan Dağıstan nümayəndə heyəti Şəkidə azsaylı xalqların təmsilçiləri ilə görüşüb

Azərbaycanda səfərdə olan Dağıstan nümayəndə heyəti Şəkidə azsaylı xalqların təmsilçiləri ilə görüşüb
# 24 yanvar 2008 09:49 (UTC +04:00)
“Azərbaycanda yaşayan etnik azlıqların milli zəmində heç bir problemi yoxdur. Azsaylı xalqların milli zəmində probleminin olduğunu iddia edənlər Azərbaycan və Dağıstan xalqları arasında əsrlər boyu mövcud olan dostluq və qardaşlıq münasibətlərini pozmaq istəyirlər”. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bunu Azərbaycanın şimal-qərb bölgəsinə səfər edən Dağıstan nümayəndə heyətinin rəhbəri Artur İsrapilov Şəkidə keçirdiyi brifinqdə deyib. A. İsrapilov nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycanın bir neçə bölgəsində olduğunu, Dağıstan xalqının nümayəndələri ilə ayrı-ayrılıqda görüşdüyünü bildirib. Qonaqlar yanvarın 23-də Şəkiyə gediblər. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov dağıstanlı qonaqlara Şəkinin tarixi və orada yaşayan milli azlıqlar barədə məlumat verib. Nümayəndə heyəti rayonda yaşayan etnik azlıqlarla görüşəndən sonra Xan Sarayına və “Şəki İpək” ATC-nə baş çəkib. Qeyd edək ki, Dağıstan Respublikası Prezident Aparatının ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri A. İsrapilovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 22-də başlayıb. Nümayəndə heyətinin tərkibinə Dağıstan milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini Zikrulla İlyasov, Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarının İcra Hakimiyyəti başçıları daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR