Bank Of Baku

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ATƏT-in Bakı ofisinin məsul işçiləri ilə görüşüblər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvləri ATƏT-in Bakı ofisinin məsul işçiləri ilə görüşüblər
# 24 yanvar 2008 11:22 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbərliyi bu gün ATƏT-in Bakı ofisinin məsul işçiləri Juliane MarkardNarten və Məryəm Hacıismayılova ilə görüşüb. AVCİYA-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə qurumun Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyəti, Seçki Qərərgahının 2004-cü il bələdiyyə və 2005-ci il parlament seçkilərində gördüyü işlər barədə məlumat verilib. AVCİYA-nın Seçki Qərərgahının rəhbəri Məhərrəm Zülfüqarlı qurumun 2008-ci il prezident seçkisi ilə bağlı həyata keçirəcəyi seçki maarifçiliyi, seçkilərin monitorinqi, “Exitpoll” və s. tədbirlərlə ATƏT nümayəndələrini tanış edib. J. Markard ATƏT-in Bakı ofisinin prezident seçkisi ilə bağlı planlaşdırdığı işlər barədə AVCİYA təmsilçilərinə məlumat verib və Assosiasiya ilə əməkdaşlığa hazır olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR