Bank Of Baku

Prezident seçkisində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Estoniya və Bolqarıstanın ixtisaslaşmış təşkilatları ilə birgə “exit-poll” keçirəcək

Prezident seçkisində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Estoniya və Bolqarıstanın ixtisaslaşmış təşkilatları ilə birgə “exit-poll” keçirəcək
# 24 yanvar 2008 14:49 (UTC +04:00)
Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Estoniya və Bolqarıstanın ixtisaslaşmış təşkilatları ilə birgə “exit-poll” keçirəcək. Bu barədə APA-ya AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, artıq Bolqarıstanın Azad və Demokratik Seçkilər üzrə Vətəndaş Təşəbbüsü Təşkilatı və Estoniyanın “SAAR” təşkilatı ilə saziş imzalanıb. M. Zülfüqarlı 2005-ci il parlament seçkisindən fərqli olaraq, prezident seçkisində “exit-poll”un ölkənin bütün regionlarının əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, seçkiyə start veriləndən sonra eston və bolqar mütəxəssislər Azərbaycana gələrək “exit-poll” keçirəcək şəxslər üçün təlimlərə başlayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR