Bank Of Baku

Rumıniya Azərbaycanı strateji tərəfdaş hesab edir

Rumıniya Azərbaycanı strateji tərəfdaş hesab edir
# 24 yanvar 2008 15:37 (UTC +04:00)
Rumıniya prezidenti Trayan Basesku “Nabucco” layihəsinin Rumıniya və Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri olduğunu bəyan edib. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, T. Basesku layihənin Mərkəzi Asiya və Xəzər dənizi regionundan çıxarılan karbohidrogen ehtiyatlarının nəqli üçün tranzit zona hesab edilən Qara dəniz bölgəsində həyata keçiriləcəyini bildriib. Rumıniya prezidenti Konstansa-Triyest (Panavropa) neft kəməri layihəsini də eyni kateqoriyaya aid edib: “Konstansa-Triyest kəməri Xəzər neftinin Avropa məkanına nəqli üçün ən qısa, effektiv və etibarlı marşrut ola bilər”. T. Basesku ümid etdiyini bildirib ki, Avropa İttifaqının Mərkəzi Asiya üzrə yeni siyasəti bu strateji regiona daha münasib yaxınlaşma imkanları yaradacaq: “Rumıniya həm də enerji sahəsində iki strateji tərəfdaşı olan Azərbaycan və Qazaxıstanla mövcud əlaqələri vasitəsilə bu siyasətin məqsədlərinə çatılmasına kömək edəcək”.
Qeyd edək ki, Konstansa-Triyest (PEOP) neft kəməri 1400 km uzunluqda olub Rumıniyanın Qara dəniz və İtaliyanın Adriatik dənizi sahillərini birləşdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR