Bank Of Baku

Qənirə Paşayeva AŞ PA-da Gürcüstanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsində çıxış edib

Qənirə Paşayeva AŞ PA-da Gürcüstanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsində çıxış edib
# 24 yanvar 2008 17:50 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Asambleyasında (AŞ PA) Gürcüstanın öhdəlikləri ilə bağlı məsələ müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O, Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik etdiyini və çox tez-tez Gürcüstanda səfərdə olduğunu söyləyib. Deputat bildirib ki, Gürcüstanda demokratik institutların inkişafı, insan haqlarının qorunması və qanunun aliliyinin təmin olunması bu ölkədə yaşayan milli azlıqlar, o cümlədən ən böyük milli azlıq olan azərbaycanlılar üçün də çox vacib və əhəmiyyətlidir: “Amma gürcü, azərbaycanlı olmasından asılı olmayaraq bu ölkənin vətəndaşları üçün ən ağır problem Gürcüstanın ərazi bütövlüyü məsələsidir. Abxaziya və Cənubi Osetiya kimi aqressiv separatizm ocaqları, ərazi bütövlüyünün pozulması, qaçqınlar problemi 15 ildən çoxdur ki, Gürcüstan dövləti və xalqı üçün ən ağır problemə çevrilib. Bu separatizm ocaqları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə birlikdə Cənubi Qafqaz bölgəsində sabitliyin yaranmasına ən böyük əngəldir. Gürcüstan və Azərbaycan bir neçə ildir ki, Avropa Şurasının üzvüdür, amma hər iki ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ciddi nəticələr yoxdur. Beynəlxalq nəzarətdən kənar “boz zonalar” olan Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ Avropanın təhlükəsizliyi üçün də ciddi təhdiddir”. Q. Paşayeva “dondurulmuş münaqişələr” üzrə xüsusi alt komitənin yaradılmasını təklif edib. Azərbaycanlı parlamentar çıxışında Ahıska türklərinin Gürcüstana qayıdışı, GUAM daxilində əməkdaşlıq və Gürcüstanda qarşıdan gələn parlament seçkilərinə də toxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR