Bank Of Baku

Mixail Saakaşvili: “Gün gələr, Gürcüstanın prezidenti ya azərbaycanlı, ya da erməni ola bilər”

Mixail Saakaşvili: “Gün gələr, Gürcüstanın prezidenti ya azərbaycanlı, ya da erməni ola bilər”
# 24 yanvar 2008 17:18 (UTC +04:00)
Millət vəkili “Azərbaycan və Gürcüstanın bütün xoş niyyətlərinə baxmayaraq, bu ölkələrin ərazisindəki münaqişələrin qarşı tərəflərinin tutduğu mövqe üzündən problemlər uzun illərdir həllini tapa bilmir. Bununla bağı fikriniz necədir? Yaxın 1-2 ildə Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli perspektivləri necə gorsunuz? Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların bu münaqişələrin həlli istiqamətində fəaliyyətini, səylərini yetərli sayırsınızmı” sualı ilə müraciət edib. M. Saakaşvili sualın cavabında bildirib ki, ərazi bütövlüyü prinsipinə riayət edilməlidir, bu məsələ ətrafında eksperiment aparmaq, bununla oynamaq düzgün deyil: “Etnik təmizləmələrin nəticələrindən qurtulmaq çox çətindir. Nəzərə almaq lazımdır ki, bu kimi problemləri unutsaq, dünyanın digər yerlərində də analoji hadisələr baş verə bilər. Məsuliyyətli dövlətlər bunu başa düşürlər. Digər məsələ isə ondan ibarətdir ki, biz etnik qruplara həmişə onlara hörmət etdiyimizi, həyatlarına heç bir təhlükə olmadığını deməliyik. Onlara anlatmalıyıq ki, bizim ölkələrdə ikinci dərəcəli vətəndaş yoxdur. Çox fəxrlə deyə bilərəm ki, son vaxtlar ölkəmizdəki etnik azlıqlarla, o cümlədən azərbaycanlılarla inteqrasiyaya nail ola bilmişik. Bizim münaqişəli regionlarımızdan əlavə, təhlükəli regionlarımız da vardı və indi bu təhlükələr artıq yoxdur. Biz öz vətəndaşlarımıza anlatdıq ki, bu, onların ölkəsidir və bir etnik qrupa məxsus deyil. Gün gələr, Gürcüstanın prezidenti ya etnik azərbaycanlı, ya da etnik erməni ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR