Bank Of Baku

Mixail Saakaşvili: “Gürcüstan və Azərbaycanın üzləşdiyi problemlərin həlli üçün bəlkə bir neçə nəslin dəyişməsi lazım gələcək”

Mixail Saakaşvili: “Gürcüstan və Azərbaycanın üzləşdiyi problemlərin həlli üçün bəlkə bir neçə nəslin dəyişməsi lazım gələcək”
# 24 yanvar 2008 17:22 (UTC +04:00)
“Baxmayaraq ki, Azərbaycanda da, Gürcüstanda da müəyyən problemlər var, ölkələrimizdə iqtisadi inkişaf davam edir. Azərbaycanda bu il iqtisadi artım 22%, bizdə isə 12% olub. Bu, ölkələrimizin pis inkişaf etmədiyinin göstəricisidir”. APA-nın Avropa bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixal Saakaşvili bu gün AŞ PA-nın qış sessiyasındakı çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın “Torpaqları işğal edilmiş və ərazilərdə xarici hərbi bazaların mövcud olduğu Gürcüstan və Azərbaycanın Avropaya inteqrasiya perspektivlərini necə dəyərləndirirsiniz” sualının cavabında deyib. Problemli məsələlərin həlli yolunda hər iki ölkənin dözüm və əzmkarlıq nümayiş etdirməli, bundan sonra da inkişaf yolu ilə getməli olduğunu qeyd edən prezident “Sonda həm öz vətəndaşlarımızın, həm də avropalı tərəfdaşlarımızın simpatiyasını qazana bilərik” söyləyib. O, problemlərin tezliklə həllinin mümkün olmadığını, bunun üçün bəlkə bir neçə nəslin dəyişməsinin lazım gələcəyini vurğulayıb: “Bununla belə, mən gələcəyə optimist baxıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR