Bank Of Baku

AŞ PA bürosunun bugünkü iclasında Azərbaycanda siyasi məhbus problemi ilə bağlı məsələ müzakirə edilməyib

AŞ PA bürosunun bugünkü iclasında Azərbaycanda siyasi məhbus problemi ilə bağlı məsələ müzakirə edilməyib
# 25 yanvar 2008 11:41 (UTC +04:00)
Belə ki, Kiprdən olan parlamentar Kristos Purqurudesin hazırladığı “Azərbaycanda siyasi məhbusların vəziyyətinin öyrənilməsi” adlı 11468 saylı sənəd müzakirə edilməli idi. Lakin sənəd bugünkü iclasın gündəliyinə salınmayıb. Azərbaycan nümayəndə həyətinin rəhbəri Səməd Seyidov bu məsələnin müzakirə olunmadığını və olunmayacağını söyləyib: “Bu məsələ müzakirə oluna da bilməz. Çünki bu işi Monitorinq Komitəsi görür. Büroya istənilən sənəd təqdim oluna bilər. Lakin onun büroda müzakirəsi mütləqdirmi? Azərbaycanla bağlı büroya cəmi bir sənəd gəlmişdi, o da müzakirə edilmədi. Büroda Azərbaycanla bağlı digər məsələ üzrə isə qərar verildi. Belə ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyət müddəti 1 il də uzadıldı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR