Bank Of Baku

Səməd Seyidov: “Edvard Oharanın səfərinə biz tərəfdən heç bir maneə yoxdur”

Səməd Seyidov: “Edvard Oharanın səfərinə biz tərəfdən heç bir maneə yoxdur”
# 25 yanvar 2008 12:12 (UTC +04:00)
Bu sözləri APA-nın Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. AŞ PA-nın vitse-prezidenti seçilməsinə münasibət bildirən S. Seyidov bunun həm böyük şərəf, həm də böyük məsuliyyət olduğunu söyləyib. O, Azərbaycan nümayəndə heyətinin AŞ PA komitələrində fəaliyyəti barədə də məlumat verib: “Bütün komitələrdə işi davam etdiririk. Bildiyiniz kimi, Siyasi Komitənin Dağlıq Qarabağ üzrə xüsusi alt komitəsi var. Alt komitənin rəhbəri Lord Rassel Conston fevralın 7-9-da Azərbaycanda səfərdə olacaq. Monitorinq Komitəsində Azərbaycanla bağlı məsələyə baxılsa da, uzun müzakirələr olmadı. Çünki yaxın vaxtlarda həmməruzəçilər Azərbaycana gələcəklər. Bizim üçün çox vacib olan Elm, Təhsil, Mədəniyyət Komitəsinin də iclası keçirildi. Bu komitənin məruzəçisi Edvard Oharanin da bu il Azərbaycana səfəri gözlənilir. Cənab Oharanın səfərinə biz tərəfdən heç bir maneə yoxdur. Gəlmək istəyirsə, Azərbaycanın qapıları bu səfər üçün açıqdır. Ancaq bütün səfərlər beynəlxalq qanunlar və Azərbaycanın icazə verdiyi, qəbul etdiyi prinsiplər əsasında həyata keçirilməlidir”. S. Seyidov AŞ PA-nın yanvar sessiyasının ümumən Azərbaycan üçün uğurlu olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR